image-ermenistan-irevanbackend

Bu Azərbaycanla növbəti müharibəyə səbəb olacaq -Politoloq

image-reklam_sirab_01

“Ermənistan parlamentinin komissiyası “Ayakve” mülki təşəbbüsü çərçivəsində irəli sürülən Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququndan imtinaya görə cinayət məsuliyyətini nəzərdə tutan qadağanı ona görə dəstəkləməyib ki, əks halda bu Azərbaycanla növbəti müharibəyə səbəb olacaqdı.” -bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

Politoloq hesab edir ki, hakim “Mülki müqavilə” fraksiyasından olan deputatlar müxalifətin təklifini neytrallaşdırıblar.

“Çünki onlar anlayırlar ki, erməni müxalifəti baş nazir Nikol Paşinyanın mövqelərini zəiflətmək üçün Ermənistanı Azərbaycanla yeni toqquşmaya sürükləmək istəyir. Çünki əgər Ermənistan parlamenti Qarabağla bağlı təxribatçı dəyişikliyi qəbul etsəydi, Azərbaycan buna seyrçi qalmayacaqdı. Belə bir “dəyişikliyin” qəbulu iki ölkə arasında sülh sazişinin imzalanmasını da mümkünsüz edir. Erməni müxalifətinin məqsədi bəllidir. Onlar Nikol Paşinyanı Azərbaycanla yeni müharibəyə sürükləmək istəyirlər. Müxalifət bu müharibədən də Azərbaycanın qalib çıxacağını bildiyindən, bu yolla Paşinyanı devirməyi planlaşdırır. Öz növbəsində Paşinyan müxalifətinin planlarını pozmaqla məşğuldur.”-deyə Elxan Şahinoğlu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki