image-6221b20eb19146221b20eb191516463754386221b20eb190f6221b20eb1911backend

Bu gün Odessadan 100-dən çox azərbaycanlının təxliyəsi gözlənilir

image-reklam_sirab_01

“Bu gün Odessadan 100-dən çox azərbaycanlının təxliyəsi gözlənilir”.

Bu barədə Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib.

Onun sözlərinə görə, təxliyə prosesi davam edir: “Dünən 170 soydaşımız təxliyə edilib. Bu gün isə 100-dən çox azərbaycanlının təxliyəsi üçün 2 avtobus ayrılıb”.

R. Quliyev qeyd edib ki, dünən şəhərdən təxminən 30 km məsafədə yerləşən ərazilər qırıcılar vasitəsi ilə atəşə tutulsa da Odessada yaşayan soydaşlarımız arasında ölən və yaralanan yoxdur.

Qeyd edək ki, təxliyə olunacaq azərbaycanlılar Moldova sərhədinə çatdırılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image