image-3db04c35-5602-4b4b-99b1-0dcc4d3ede1ebackend

Bu gün Vətən şəhidimiz Röyal Ələkbərovun doğum günüdür

image-reklam_sirab_01

Röyal Fərmail oğlu Ələkbərov 23 iyun1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Qıvraq qəsəbəsində dünyaya göz açıb.2000-2008-ci illərdə kənd tam orta məktəbində təhsil alan Röyal  2008-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə liseyi bitirərək Bakı şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2015-ci ildə leytenant rütbəsi alaraq məzun olur və Daşkəsəndə yerləşən “N” saylı Hərbi Hissənin tağım komandiri vəzifəsində xidmətə başlayır və 2018-ci ilədək Murovdağ yüksəkliyində xidmətini davam etdirir. 2018-ci ildə baş leytenant rütbəsi alır. 2018-2020-ci illərdə Gəncədə “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmət edir. Röyal Ələkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərmiş, 16 oktyabr, 2020-ci ildə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Röyal Ələkbərov İkinci Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Ələkbərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Ələkbərov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Bu gün Röyal Ələkbərovun doğum günüdü. Ailəsi.qohumları,dostları,Röyalı sevən hərkəs onun ikinci Şəhidlər Xiyabanındakı əbədi məkanında ziyarətinə toplaşaraq ad gününü qeyd edirdilər. Yaşasaydı 27 yaşını qeyd edəcəkdi Röyal.

 

Allah bütün şəhidlərimizə rəhmət etsin.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki