image-esgerimiz-esasbackend

“Bu halda Azərbaycanın anti-terror əməliyyatı həyata keçirməyi qaçılmaz olacaq” -Arzuman Muradlı

image-reklam_sirab_01

“Azərbaycanın dövlətçilik tarixində ordu qurulması, yaranması, dövləti, ölkəni qorumaq üçün qüdrətli olması həmişə diqqət mərkəzində dayanıb. Azərbaycan xalqı çoxəsrlik tarixində çox döyüşlərdən çıxmış, yadelli basqınlara cavab verərək, torpaqlarını qoruyaraq, qonşu xalqların, ölkələrin təcavüzünün qarşısını alaraq, yaxud da öz ərazisinin bərpasını təmin edərək çox döyüşlər edib, döyüşlərdən çıxıb. Bu gün dünya Azərbaycan ordusunun 44 günlük savaş tarixini öyrənir” – Bu fikirləri Vətəninfo.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq bildirib ki, Azərbaycan ordusu öz qüdrəti ilə Qarabağda 44 gün ərzində dastan yazdı.

“Azərbaycan xalqı tarix boyu görkəmli qəhrəmanlıq nümunələri göstərib. Azərbaycan xalqının igid oğulları öz qəhrəmanlıqları ilə dastana çevriliblər, nəsillərdən-nəsillərə, dillərdən-dillərə keçiblər. Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var. 44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Bu gün cəbhədə erməni təxribatları davam edir. Ermənilər öz niyyətlərindən, təxribatlarından əl çəkməsələr Azərbaycanın anti-terror əməliyyatı həyata keçirməyi qaçılmaz olacaq. Qarşıdan Azərbaycan ordusunun yaranması günü gəlir. Mən bütün Azərbaycan ordusunu təbrik edirəm.” -deyə Arzuman Muradlı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image