“Bu gün Türkiyə tarixinin ən önəmli günlərindən biri – Zəfər bayramıdır. 101 il öncə avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.” -bu fikirləri millət vəkili Elnur Allahverdiyev saytımıza açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Zəfər bayramı Türkiyə Cümhuriyyətinin şanlı hərb tarixinin çox önəmli səhifələrindən birini əks etdirir.
“Müasir və qüdrətli Türkiyədəki bacı və qardaşlarımızın simasında bütün Türk dünyasının Zəfər bayramı mübarəkdir!”-deyə Elnur Allahverdiyev əlavə edib.