image-img-20210601-wa0135backend

“BÜYÜKFIRAT” restoranları “Tək Millət, Tək Ürək” Beynəlxalq Hümanitar Platforması çərçivəsində uşaqları sevindirdi

image-reklam_sirab_01

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar bizim gələcəyimizdir və vətənimizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər birimizin borcudur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir.

Necə ki, “Büyükfırat” restoranları şəbəkəsi 28 il öncə Azərbaycana ilk dəfə olaraq Anadolu mətbəxinin təamlarını gətirmişdi, bu dəfə də Milli Məclisin deputatı Ramil Həsən və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin sədri Hüseyin Büyükfıratın həmtəsisçiliyi ilə yaradılan “Tək Millət, Tək Ürək” Beynəlxalq Hümanitar Platforması çərçivəsində bu gün münasibətilə indiyə qədər görülən xeyirxah işlərin siyahısına biri də əlavə edildi.

Belə ki, 1 İyun Uşaqlara məxsus özəl bir gündə Büyükfırat restoranı Yasamal rayonu, Hüseyin Cavid prospektində açıq havada uşaqlar üçün musiqili, əyləncəli, tədbir təşkil edilib. Tədbirdə Dj Nurlan biri birindən dinamik musiqilərlə uşaqların ruhunu oxşayıb, aktrisa Vüsalə maraqlı suprizləri ilə uşaqları sevindirərək unudulmaz anlar yaşadıb.

Eyni zamanda uşaqlar Büyükfırat mətbəxinin ləziz təamlarından dadıblar. Aktrisanın uşaqlar arasında keçirdiyi intellektual yarışmada iştirak edən bütün uşaqlar hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, Büyükfırat ailəsinin təşkil etdiyi əyləncəli aksiyada ən önəmli məqamlardan biri də Səbail Rayon Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə 44 günlük Qarabağ savaşında canlarını fəda etmiş Şəhid övladlarının tədbirə dəvəti olub. Tədbir müddəti ərzində Şəhid övladları digər iştirakçılar və təşkilatçıların xüsusilə diqqət mərkəzində olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki