image-foto-3-1backend

“Çağırışaqədərki hazırlıq” fənni ilkin hərbi bilikləri öyrədir  

image-reklam_sirab_01

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Elm və Təhsil Nazirliyinin (ETN) Bakı şəhər Təhsil idarəsi ilə birgə maarifləndirici tədbir həyata keçirib. Tədbiri keçirməkdə məqsəd gənclərdə vətənpərvərlik ruhunun artırılması olub.

 

Görüşdə SHXÇDX-nin aparatının Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, Təhsil idarəsinin məsul nümayəndələri Qılman Eyvazov və Mürsəl Qurbanov, həmçinin Bakı şəhəri üzrə idarələrinin çağırış şöbə rəisləri və çağırışaqədərki hazırlıq üzrə cavabdeh əməkdaşları iştirak edib.

 

Füzuli İsmayılov SHXÇDX-nin yeni tədris ilinin başlanmasına hazırlıqla əlaqədar orta ümumtəhsil müəssisələrində gənclərin müddətli həqiqi hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasında, ilkin hərbi biliklərə yiyələnməsində mühüm rol oynayan “Çağırışaqədərki hazırlıq” fənni üzrə tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

 

Təhsil idarəsinin nümayəndələri isə çağırışaqədər yaş həddində olan vətəndaşların vətənpərvərlik tərbiyəsi işinin təkmilləşdirilməsi məqsədilə görülən işlərdən danışıblar.

 

Qeyd edək ki, görüşdə “Çağırışaqədərki hazırlıq” fənninin tədris metodikasının düzgün tətbiqinə nəzarətin artırılması, gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsinin tələblərinə müvafiq olaraq SHXÇDX və ETN-nin yerli struktur bölmələri tərəfindən birgə həyata keçirilən tədbirlər planlarının Böyük Qələbənin yaratdığı reallıqlara uyğunlaşdırılmasının zəruriliyi vurğulanıb.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki