image-fb_img_1704900886306backend

Cahit Bağcı ATİB-in yeni ofisinin açılışın etdi

image-reklam_sirab_01

9 yanvar 2024-cü ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcının, müşavirlərin və səfirlik əməkdaşlarının iştirakı ilə yeni ofisinin açılışını etdi.

Açılış mərasimində ATİB İdarə heyətinin sədri Mürsəl Rüstəmov, İdarə heyətinin üzvləri Rəna Məmmədova, Rafiq Qarayev, Tahsin Gündem, Azər Hətəmov, Kaya Karslı, Erdem Ercin , Məsləhət Şurasının Fəxri Sədri Cemal Yangın və Ehtiyat İdarə heyətinin üzvləri Seymur Bünyatov, Ramin Məmmədov, Ruslan Rizayev iştirak etdi.
ATİB sədri Mürsəl Rüstəmov qonaqlara xoş gəldin deyərək ATİB-in Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin inkişafına hər zaman dəstək olmağa hazır olduğunu bildirdi. O, qeyd etdi ki, ATİB yeni yüksəliş mərhələsinə qədəm qoyur. Yeni strategiyamıza əsasən iqtisadiyyatın real sektorunu dəstəkləməyə davam edəcəyik. Həmçinin, üzvlərimizin məmnuniyyətini artırmaq və yeni üzvlər cəlb etmək üçün innovativ həllər axtararaq daha da fəal şəkildə inkişaf edəcəyik.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı yeni ofisə xeyir-dua və xoş tövsiyyələr verərək, ATİB-in fəaliyyətinin hər iki ölkənin inkişafı naminə verdiyi töhfələrdən danışıb, Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin inkişafında hər zaman dəstək olduğunun şahidi olduğunu bildirib. .

Açılışda iştirak edən digər qonaqlar da ATİB fəaliyyətinə uğurlar arzulayaraq bildirdilər ki, Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) yarandığı gündən etibarən Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi ilə qarşılıqlı faydalı əməkdaşlığa xüsusi diqqət yetirmiş və bu istiqamətdə fəliyyəti hər zaman göz önündə olmuşdur.

Sonda ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcıya plaket təqdim etdi və xatirə fotosu çəkildi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki