Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan Şirinova Zəkiyyə Əjdər qızı Heydər Əliyev Fonduna və Hacı Nuran Hüseynovun rəhbərlik etdiyi “Həyat Fondu”na müraciət edib.
Alp.az xəbər verir ki, Zəkiyyə Şirinova serebrial iflic olan və hal-hazırda xəstəliyin ən ağır dönəmini keçirən 10 yaşlı qızı Gülnur Şirinlinin müalicəsinə köməklik göstərilməsini xahiş edib: “Qızım doğulandan serebrial iflic xəstəsidir. Bu günə qədər müalicələri çətinliklə də olsa həyata keçirdə bilmişik. Həkimlərin rəyinə görə qızım bir neçə prosedur müalicədən sonra ayağa dura biləcək. Bu irəlləyişi biz və onu müalicə edən həkimlər də görür. Həyat şəraitimizin dözülməz olduğu, həmçinin maddi imkanımızın çox aşağı olması səbəbindən biz qızımızı artıq 3 ildir müalicə edə bilmirik. Çünki maddi imkanlarımız müalicəni davam etdirməyə imkan vermir. Müalicə və dərmanların qiyməti çox bahadır. Qızım gözümün qarşısında solur. Ona müalicə etdirə bilməmək mənə mənəvi əzab verir. Sizdən xahiş edirəm qızımın müalicəsinə köməklik göstərəsiniz”.
Zəkiyyə Şirinova imkanlı iş adamlarına, xeyriyyəçi insanlara müracitət edərək qızının müalicəsinə kömək göstərilməsini xahiş edib.