UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
son oyun günündə 5 qarşılaşma baş tutub.
“Qarabağ”ın növbəti raunddakı potensial rəqiblərindən olan “Ferentsvaroş” Macarıstanda Slovakiyanın “Slovan” (Bratislava) kollektivini sınağa çəkib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı meydan sahibləri açsalar da, üstünlüklərini qoruyub saxlaya bilməyiblər.
Türkiyə təmsilçisi “Fənərbağça” Polşada Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib.
HİK Finlandiyada Çexiyanın “Viktoriya” (Plzen) komandasına 1:2 hesabı ilə uduzub. “Makkabi” (Hayfa) isə İsraildə Yunanıstan “Olimpiakos”u ilə heç-heçə edib.
Nəhayət, günün sonuncu matçında Moldova “Şerif”i Sloveniyada “Maribor”la qolsuz sülhə razılaşıb.