image-cd7a11f9-458d-3995-bc74-2ef8bc68da8b_850backend

Çempionlar Liqası: Üç oyunda qələbə, dörd görüş qolsuz başa çatıb

image-reklam_sirab_01

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.

İkinci oyun günündə 7 qarşılaşma baş tutub. Bunların yalnız 3-də qələbə qeydə alınıb və sevinən tərəf meydan sahibləri olublar.

“Budye Qlimt” Norveçdə Farer adalarının “Klasksvik” klubunu, HIK Finlandiyada Latviyanın RFŞ komandasını, “Düdelanj” isə Lüksemburqda Albaniya “Tirana”sını məğlub edib.

Digər 4 qarşılaşmada isə qapılara qol vurulmayıb.

Bu raundun cavab görüşləri iyulun 12-si və 13-də oynanılacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

6 iyul

18:00. “Tobol” (Qazaxıstan) – “Ferentsvaroş” (Macarıstan) – 0:0

20:00. “Budye Qlimt” (Norveç) – “Klasksvik” (Farer adaları) – 3:0

Qol: Viktor Bonifase, 11; 31; 58 (pen.)

20:00. HIK (Finlandiya) – RFŞ (Latviya) – 1:0

Qol: Manuel Martiç, 11

21:30. “Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya) – 1:0

Qol: Hasan Nader, 71

Qırmızı vərəqələr: Mehdi Kirş, 54 (“Düdelanj”), Vesel Limay, 69 (“Tirana”)

22:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova) – 0:0

22:15. “Maribor” (Sloveniya) – “Şaxtyor” (Soliqorsk, Belarus) – 0:0 (İKİNCİ HİSSƏ)

22:30. “Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) – 0:0 (FASİLƏ)

Qırmızı vərəqə: Mamuka Kobaxidze, 42 (“Dinamo”)

Qeyd edək ki, ilk oyun günündə Azərbaycan çempionu “Qarabağ” Polşada “Lex”ə 0:1 hesabı ilə uduzub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki