image-a3d561d8-b16c-3014-bb7e-f2504c55bc6c_850backend

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilir

image-reklam_sirab_01

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

İlk oyun günündə 5 qarşılaşma baş tutacaq.

Açılış matçında “Şerif” Moldovada Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edəcək.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Bolqarıstanda “Lüdoqorets”in qonağı olacaq. 25 yaşlı forvard zədə səbəbindən bu görüşdə iştirak edə bilməyəcək.

Niderland PSV-si Fransada “Monako” ilə, Şotlandiya “Reyncers”i Belçikada “Yunion” ilə, Danimarka “Midtüllan”ı isə Portuqaliyada “Benfika” ilə üz-üzə gələcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki