Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Ötən il toplantı pandemiya səbəbindən videokonfrans formatda keçirilsə də, bu dəfə müvafiq şərtlərə əməl etməklə Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri Bakıda bir araya gəldilər.Hal-hazırda Azərbaycan qazı Avropa İttifaqının üç ölkəsinə – İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Prezident İlham Əliyevin çıxışı:
“ Hesab edirəm ki, milli səviyyədə koordinasiya bizə bu nəhəng layihəni – XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizini icra etməyə kömək etdi. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Eyni zamanda, əlbəttə ki, biz enerji şirkətlərinin, tikinti şirkətlərinin, investorların fəal iştirakı olmadan uğur qazana bilməzdik. Bu gün onlar buradadırlar. Əlbəttə, onların, eləcə də beynəlxalq maliyyə institutlarının töhfəsi çox dəyərli idi. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı. İndi biz bütün nöqteyi-nəzərlərdən mürəkkəb olan bu layihənın yüksək səmərəliliklə tamamlanmasına görə həqiqətən də fərəhlənə bilərik.
Layihə 4 fərqli bölmədən ibarətdir:
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi – CQBKG (Xəzər-Azərbaycan-Gürcüstan);
Trans Anadolu Qaz Boru Kəməri – TANAP (Türkiyə);
Trans Adriatik Boru Kəməri – TAP (Yunanıstan – Albaniya – İtaliya).
4.Şahdəniz Mərhələ-II
Layihəyə Yunanıstan-Bolqarıstan (IGB) daxili birləşdiricisi də əlavə ediləcək. Bununla yanaşı, Monteneqro və Xorvatiyadan başlayaraq, İon-Adriatik bölgəsi boyunca genişləndirmə ilə bağlı fərziyyələr də artıq araşdırılır.
Azərbaycanın aşağıdakı qaz ixrac kəmərləri də mövcudur:
CƏNUBİ QAFQAZ BORU KƏMƏRİ – CQBK (Bakı-Tbilisi-Ərzurum)- Azərbaycanın təbii qaz ixracatının əsas kanalı, Xorasanda Türk qaz boru sisteminə qoşulmazdan əvvəl Bakı-Tbilisi-Ərzurum (BTE) kimi tanınan və 429 mil BTC boru kəməri ilə paralel uzanan Cənubi Qafqaz Boru Kəməridir (CQBK). 2007-ci ildə istifadəyə verilən boru kəmərinin ilkin mərhələdə ildə 8.8 milyard kubmetr, kompressor stansiyalarının əlavə edilməsi ilə gələcəkdə 40 milyard kubmetr qaz nəqli nəzərdə tutulmuşdur.
MOZDOK-QAZIMƏMMƏD QAZ BORU KƏMƏRİ- 2009-cu ildə SOCAR və Qazpromun imzaladığı müqaviləyə əsasən 150 mil uzunluğda olan bu boru kəməri Azərbaycandan Rusiyaya təbii qaz nəql edir. Rusiyaya qaz ixracatı 2010-cu ildə başlayıb.
BAKI-ASTARA KƏMƏRİ- Ermənistanla gərginlik səbəbindən, Azərbaycan Naxçıvan eksklavını təbii qazla təmin edən İranla mübadilə müqaviləsi bağlayıb. İran tranzit üçün yüzdə 15 komissiya haqqqı alır.2010-cu il noyabr ayının sonunda enerji mübadiləsini genişləndirmək məqsədi ilə iki ölkə arasında Azərbaycan və İran təbii qaz və elektrik enerjisi təchizatı üzrə əməkdaşlıq memorandumu imzalandı.
XALİD QAFAROV
Azərbaycan Universiteti. Humanitar fənlər fakültəsi. Dövlət və İctimai Münasibətlər ixtisası.(212203)