“Təəssüf ki, başqa ölkələrdəki hərbi münqaişələrdə iştirak edən Azərbaycan vətəndaşları da olur. Bir daha onlara çağırış edirəm: bu, Azərbaycanda cinayət hesab olunur, qanunvericiliyin pozulmasıdır. Bu kimi hərəkətlər hətta Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə nəticələnə bilər”.
Xarici işlər naziri Ceyhun Bayramovun bu xəbərdarlığı ilə gözüyumulu razılaşmamaq mümkündürmü?
“Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanunun 16-cı maddəsinə vətəndaşlığa xitam verilməsinin əsasları sadalanır. Həmin maddəyə görə, vətəndaşlığından çıxmaq, vətəndaşlığını itirmək, beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və s. əsaslar olduqda ona xitam verilir”.
Bu sözləri “Yeni Sabah”a vəkil Vüqar Tumasov deyib.
Onun sözlərinə görə, şəxsin vətəndaşlıqdan çıxarılma ilə bağlı müraciəti bir sıra hallarda rədd edilə bilər:
“Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq bu qanunla müəyyən edilmiş qaydada şəxsin vəsatət üzrə həyata keçirilir. Bu vəsatəti qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər. Bu hətta bank borcu halına da şamildir.
Eyni zamanda, Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, yaxud barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü olduğu halaa da aid edilir. Bundan başqa, şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir”.
Vəkil onu da xatırladıb ki, vətəndaşlığından çıxmanın müvafiq dövlət rüsumu mövcuddur.
Vüqar Tumasov əlavə edib ki, bir çox amil Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:
“Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 30 avqust 1961-ci iltarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, sadalanan faktorlar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:cAzərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etmə, dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, terror fəaliyyətində iştirak və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi və s. O cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak və ya həmin münaqişəyə digər şəxsi cəlb etmə”.


























