Çində enerji xammalı hasilatının artması haqqında xəbərlər fonunda dünya bazarlarında neft ucuzlaşmaqda davam edir.
Veteninfo.az “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8.50-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,82% ucuzlaşaraq, 1 bareli 81,5 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 0,79% aşağı düşərək, 1 bareli 79,06 ABŞ dolları təşkil edib.
Çinin Dövlət Statistika Bürosu yanvar-oktyabr ayları aralığında ölkədə neft hasilatının 166,19 milyon ton təşkil etdiyini açıqlayıb. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,5%, 2019-cu il ilə müqayisədə isə 4,2% çoxdur. Bundan başqa, məlumatda bildirilir ki, illik ifadədə təbii qaz hasilatı 9,4%, kömür hasilatı 4% artıb.