Bu ilin oktyabr ayında Çinin ixracının dəyəri 300,2 milyard ABŞ dolları, idxalının dəyəri isə 215,7 milyard dollar təşkil edib.
Veteninfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,1% və 20,6% çoxdur.
Son nəticədə ötən ay xarici ticarətdə 84,5 milyard dollarlıq müsbət saldo yaranıb. Bu isə əvvəlki ayla müqayisədə 26,5% çoxdur.
O cümlədən, Çinin ən böyük ticarət tərəfdaşı – ABŞ-a ixracının dəyəri idxalının dəyərini 40,7 milyard dollar üstələyib. Amma bu, 1 ay əvvələ nisbətən 3,1% azdır.
Oktyabrda Çinin Avropa İttifaqı ilə xarici ticarətində isə 29,5 milyard dollarlıq saldo olub.