Bu bəla bütün dünyanı sarsıtmış, maddi-iqtisadi tənəzzülə düçar etmişdir. Koronavirus infeksiyası ilə mübarizə günümüzün əsas tələbidir. Bu gün bütün dünyada koronavirusla bağlı həyəcan təbili çalınır.
Koronavirus infeksiyasının geniş yayıldığı ilk gündən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Covid – 19 pandemiyasına yoluxmanın qarşısının alınması üçün çevik, təxirəsalınmaz və zəruri qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Bu səbəbdən ölkəmiz birinci mərhələni az itki ilə başa vurmuşdur.
Ölkəmizdə Xüsusi karantin tədbirlərinin həyata keçirilməsi beynəlxalq səviyyədə də təqdir edilmişdir. Bəli, Azərbaycan özünütəcridin Covid – 19-la mübarizədə vacib şərtlərdən, bəlkə də, birinci olduğunu hələ ilk günlərdən təsdiqləmişdi. Təhsil sahəsindəki məhdudlaşdırmalar, distant təhsilin həyata keçirilməsi öz müsbət nəticəsini vermişdir. Bir ölkə olaraq Azərbaycan artıq mübarizə tədbirlərinin vaksinasiya mərhələsini yaşayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə getməklə bütün dünya ölkələrinə örnək olmuşdur.
Azərbayanı dərindən narahat edən məsələlər, əsasən, “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü olmuşdur. Qoşulmama Hərəkatının sədri kimi ölkəmiz bu ədalətsiz yanaşmaya qarşı çıxmışdır. Əsas niyyət vaksinin az inkişaf etmiş ölkələr üçün əlçatanlığını təmin etməkdir.
Bildiyimiz kimi, BMT-nin ixtisaslışmış qurumlarından biri olan Ümumdünya Səhiyyə Təşkilatı dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışır. Məhz bu istiqamətdəki fəaliyyətinə daim dəsdək göstərdiyi üçün ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır. Təşkilata könüllü şəkildə maliyyə töhfəsi edən Azərbaycan, həm də koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar yardım göstərmişdir. Bu həm də ölkəmizin donor təşkilatlara az inkişaf etmiş ölkələrə dəsdək verməsi üçün etdiyi bir çağırış idi.
Niyyət düzgün olarsa, əməl də yaxşı olar. Bəli, bir ölkə olaraq, bir xalq olaraq, bir millət olaraq xoşniyyətli olduğumuz üçün əməllərimiz də xoşdur. Ölkə prezidenti İlham Əliyevin əldə rəhbər tutduğu ədalət prinsipi ilə XXI əsrin biomüharibəsi adlandırdığı koronovirusdan bəşəriyyətin xilası üçün atdığı təqdirəlayiq addımları da bunu bir daha sübut edir. O, çıxışlarından birində demişdir: “…insanı hədəf seçən bu müharibəyə qarşı mübarizədə bütün insanlıq vahid amal ətrafında birləşməlidir”.
Azərbaycan vətəndaşı dövlət başçısı İlham Əliyevin koronaviusla mübarizə sahəsində ardıcıl, yorulmaz, məqsədyönlü fəaliyyətini ürəkdən dəstəkləyir.
118 saylı orta məktəbin direktor müavini Həsənova Şəfiqə Nurəddin qızı