image-rufet_esedov1-185x300backend

Dağ yəhudilərinin Azərbaycanda yaşam tarixindən bəhs edilir filimin çəkilişləri yekunlaşıb

image-reklam_sirab_01

Tanınmış kinorejissor, ssenarist və prodüser Rüfət Əsədovun çəkdiyi “Əgər səni unutsam, ey Qüds” adlı sənədli filmin çəkilişləri yekunlaşıb.

Veteninfo.az azertac-a istinadə nxəbər verir ki, Azərbaycan – İsrailin birgə istehsalı olan filmin çəkilişlərinə 2016-cı ildə başlanıb. Çəkilişlər Azərbaycanda – Bakı şəhərində, İsmayıllı rayonunun Müci-Qaftaran kəndində, İsraildə isə Qüds, Tel-Əviv və Hayfa şəhərlərində aparılıb.

Filmdə dağ yəhudisi Rəşid Ağayevin həyatından bəhs olunur. Ekran əsərində dağ yəhudilərinin Azərbaycanda yaşam tarixindən bəhs edilir. Filmdə Azərbaycandan olan yəhudilərin harada yaşamalarından asılı olmayaraq hər zaman Azərbaycanı xatırladıqları, sevdikləri bir daha nümayiş edilir.

Qeyd edək ki, rejissorun daha əvvəl çəkdiyi “Vahimə”, “Quba yəhudiləri”, “Antropoloji sənəd”, “Kənddə sonuncu yəhudi” və s. filmlər ABŞ, Xorvatiya, Fransa və digər ölkələrdə keçirilən nüfuzlu kinoforumlarda uğurla iştirak edərək mükafatlara layiq görülüb. Rüfət Əsədov Dağ Yəhudilərinin Mədəniyyət və Ənənələrinin Qorunub Saxlanılması Beynəlxalq Xeyriyyə Fondunun təsis etdiyi Sergey Vaynşteyn adına mükafatın laureatıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki