image-2backend

“Davamçı ol” davam edir

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə “Davamçı ol” çərçivəsində Bakı və regionlarda keçirilən görüşlər davam etməkdədir.

Belə ki, hər ay mütəmadi olaraq “Davam” Gənclər Hərəkatının Bakı ofisində Hərəkatın üzvlük prosesinin təşkili və insan resursları üzrə meneceri Nigar Yusifova ilə yeni üzv olan gənclər arasında silsilə görüşlər baş tutur. Bu görüşlər zamanı gənclərə Hərəkatla bağlı ətraflı məlumat verilir, onların sualları cavablandırılır.

Paralel olaraq mart ayı ərzində “Davam” Gənclər Hərəkatının sədr müşaviri Niyaz Əliyev Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetində təhsil alan tələbələrlə görüşüb. Görüşlər zamanı gənclərə Hərəkatın fəaliyyəti haqqında ətraflı məlumat verilib, dövlət gənclər siyasətinin ölkə gəncliyinə yaratdığı geniş spektorlu imkanlardan bəhs olunub. Diskussiya formatında davam edən səmimi söhbət zamanı gənclərin çoxsaylı sualları da cavablandırılıb.

image-1 image-2 image-3 image-4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki