image-reklam-veteninfo
image-img_2084backend

“David Seliverstov”un MMC-sində şübhəli əməliyyatlar, saxta ünvan və “riskli vergi ödəyicisi” statusu – FOTOLAR

image-reklam-veteninfo

Azərbaycanda dələduzluq əməlləri ilə hədəfə gələn və hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olan “Magen David Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ətrafındakı qalmaqallar səngimək bilmir. Özünü beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən, lakin əslində şübhəli əməliyyatlarla ad çıxaran residivist “David Seliverstov” – Kazım Elşən oğlu Abbasov tərəfindən yaradılan bu MMC-nin fəaliyyəti demək olar ki, tamamilə dayanıb. Lakin şirkətin kağız üzərindəki “canlandırma” cəhdləri və arxasında gizlənən maraqlı məqamlar yeni suallar doğurur.

“David Seliverstov” bu ilin avqust ayının əvvəlində guya beynəlxalq tədbirə qatılmaq bəhanəsi ilə ölkəni tərk edib və bir daha geri qayıtmayıb. Hərçənd o, çox böyük pafosla avqustun 20-də qayıdacağını bəyan etmişdi. Həmin günlərdə də bəlli idi ki, bu psevdo yəhudi, psevdo beynəlxalq hüquq müdafiəçisi istintaqdan və məsuliyyətdən yayınaraq xaricə qaçıb və öz xoşuna geri qayıtmayacaq.

DAVİD EN SON.jpeg (33 KB)

Bunun ardınca isə qurumun Bayıl qəsəbəsindəki dəbdəbəli ofisi sahibinə qaytarılıb. Faktiki olaraq, MMC-nin real fəaliyyəti mövcud deyil.

Daha əvvəl Yasamal rayonu, Bəsti Bağırova küçəsi 22, mənzil 1 ünvanında (Kazım Abbasov türmədən çıxandan sonra istifadə etdiyi ofis) yerləşən, sonradan isə qazanılan “imkanlar” hesabına “Cadillac” markalı avtomobildə gəzərək daha böyük ofisə – Bayıldakı ofisə köçmüşdü.

“David Seliverstov” Azərbaycandan qaçaq düşəndən sonra təsisçisi olduğu MMC ilə bağlı reyestrdə məlumatlar dəyişib. Sonuncu dəfə oktyabrın 19-da MMC-nin aktivləşdirilməsi cəhdini ortaya qoyan hərəkətlilik qeydə alınıb. Belə görünür ki, istintaqdan gizlədilən və ya hansısa əməliyyatlarda aldadılmış şəxslərdən alınıb haradasa dondurulmuş pul vəsaitlərinin rəsmi qaydada geri qaytarılması və dövriyyəyə daxil edilməsi üçün “David Seliverstov”a məhz fəaliyyət göstərən rəsmi bir şirkət lazımdır. Bu məqsədlə “Magen David Group” MMC Gürcüstandan verilmiş etibarnamə əsasında Şəlalə Əhliman qızı Hüseynovanın adına keçirilib.

MALİY SON.png (84 KB)

 

MAQEN.png (67 KB)

 

MAQEN SON.png (35 KB)

Xatırladaq ki, Şəlalə Hüseynovanın adı “David Seliverstov”un 90 min dollarlıq dələduzluq işində keçir. O, daha əvvəl 90 min dollar pulun geri qaytarılması prosesində diqqət çəkmişdi. O zaman Şəlalə Hüseynova “David Seliverstov”u tanımadığını, sadəcə kimlərinsə xahişi ilə həmin pulu aparıb təhvil verdiyini iddia etsə də, indi baş verənlər onların sıx əlaqəsini açıq şəkildə ortaya qoyur.

Araşdırmalar göstərir ki, Şəlalə Hüseynova sadəcə təsadüfi şəxs deyil, əksinə, “David Seliverstov”a “klientlər” qazandıran əsas adamlardan biridir. O, vətəndaşları “David Seliverstov”la tanış edərək, onlara gəlirli iş qurmaq və müxtəlif layihələr vermək adı ilə şirnikləndirici vədlər verib pul alınmasında yaxından iştirak edib və qarşılığında müəyyən faizlər alıb.

SELAL .png (200 KB)

SELAL SON.png (234 KB)

Əldə edilən sənədlər və vergi bazalarındakı qeydlərə əsasən, “Magen David Group” MMC-nin qarşısında “riskli vergi ödəyicisi” olması ilə bağlı xüsusi qeyd mövcuddur. Bu status qurumun maliyyə əməliyyatlarının şəffaf olmadığını, şübhəli pul köçürmələri və saxta əməliyyatlarla məşğul olduğunu bir daha təsdiqləyir. Vergi terminologiyasında “riskli” anlayışı birbaşa qanunsuz maliyyə dövriyyələri və nəzarətdən yayındırma cəhdləri ilə assosiasiya olunur. Bütün bu faktlar fonunda, ölkədən qaçmış şəxsin adına olan və “riskli vergi ödəyicisi” kimi qeydiyyatda olan “Magen David Group” MMC-nin və onun arxasındakı şəxslərin (o cümlədən Şəlalə Hüseynovanın) maliyyə-təsərrüfat fəaliyyəti dərhal və ciddi nəzarətə götürülməli, həyata keçirilən şübhəli əməliyyatların və köçürmələrin üzərinə gedilməlidir.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki