Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
“Çox istərdim ki, Heydər Əlyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv Sərəncamına onun da adı düşsün. Çünki hər şeydən öncə Əjdər Ol bizim dəyərli şairimizdir.
Hesab edirəm ki, onun yazıçılığını nəzərə ala bilərlər. Möhtərəm Prezident böyük ürək sahibidir. İnanıram ki, tezliklə Əjdər Ol da əfv olunaraq azadlığa çıxacaq”.
Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.
O, məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.