image-99e6f47d-8c6b-4980-a81b-eb02451d1373backend

Deputat Elnur Allahverdiyevin doğum günüdür

image-reklam_sirab_01

Bu gün Milli Məclisin deputatı, GUAM PA-nın sədri, GUAM PA-da Azərbaycan nümayəndə heyətinin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyevin doğum günüdür.

Elnur Marat oğlu Allahverdiyev 1978-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) hüquqşünaslıq üzrə ali təhsil alıb. 1999-2000-ci illərdə Qazax rayonunda Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2012-2015-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) iqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə ali təhsil alıb.

Elnur Allahverdiyev 2001-ci ildən 2020-ci ilə qədər “ABC-Telecom” MMC-nin Baş direktoru olub.

14 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniyanın Azərbaycanda olan Fəxri Konsulu vəzifəsində çalışıb.

26 mart 2018-ci ildən “Azərcell” MMC-nin Müşahidə Şurasının sədridir.

Elnur Allahverdiyev 2020-ci ildə parlament seçkiləri ilə əlaqədar bütün sahibkarlıq fəaliyyətini dayandırıb.

2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində 17 saylı Yasamal III dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Elnur Allahverdiyev VI çağırış Milli Məclisin deputatı seçilib.

2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Elnur Allahverdiyev Milli Məclisin gənclər və idman Komitəsinin, iqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin, habelə Hesablayıcı Komissiyasının üzvü olub.

Elnur Allahverdiyev Heydər Əliyev Mərkəzinin direktor müşaviri, Sloveniya Respublikasının fəxri konsulu, ABC Telecom (Kontakt Home) mağazalar şəbəkəsinin baş direktorudur.

Elnur Allahverdiyevin müasir Azərbaycanın davamlı inkişafı, firavanlaşması, iqtisadiyyatının genişləndirilməsi yolunda göstərdiyi nailiyyətləri misilsizdir. Onun çalışdığı vəzifələrdə gördüyü işlər konstruktivdir. Yüksək peşəkarlığı və qazandığı həyat təcrübəsi sayəsində Azərbaycan iqtisadiyyatının möhkəmləndirilməsinə verdiyi töhfə danılmaz bir faktdır. Bu da xalqımızın günü-gündən rifahının artmasında başlıca amil olmuşdur.

Elnur Allahverdiyev ailəlidir, üç övladı var.

Qeyd edim ki, Elnur Allahverdiyevin atası Azərbaycan SSR Ali Sovetinin deputatı olan Marat Allahverdiyevdir.

Elnur Allahverdiyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, ictimai-siyasi fəaliyyətində uğurlar arzu edirəm.

Yeri gəlmişkən qeyd edim ki, bu gün həm də Elnur Allahverdiyevin anası Allahverdiyeva Xuraman Süleyman qızının da ad günüdür. Bu münasibətlə Xuraman xanımı təbrik edir, ona cansağlığı, uzun ömür arzulayıram.

Dərin hörmətlə:

Moskva şəhərində yaşayan iş adamı Rzayev Fuad Furudun oğlu

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki