7 və 9 sentyabr tarixlərində 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Emin Hacıyev Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatındakı qərargahında növbəti dəfə vətəndaşların qəbulunu keçirib.
YAP Sumqayıt şəhər təşkilatının qərargahında keçirilən görüş zamanı seçicilərlə fərdi qaydada görüşən deputat Emin Hacıyev onların müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Seçicilər tərəfindən səsləndirilən müraciətlər əsasən, işlə təminat, sağlamlıq və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlər olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə deputatın səlahiyyətləri çərçivəsində nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.