Azərbaycan Respublikasının Milli Məclisinin deputatları İqbal Məmmədov və Rüfət Quliyev Qazaxıstana səfərə gediblər. Vətəninfo.az-ın xəbərinə görə, bu barədə məlumat verən millət vəkili İqbal Məmmədov deyib ki, səfərdə məqsəd martın 19-da Qazaxıstan parlamentinə keçiriləcək seçkiləri müşahidə etməkdir:


“Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasi (MDB PA) xətti ilə martın 16-dan bu ölkənin paytaxtı Astana şəhərində səfərdəyik”.

İqbal Məmmədov qeyd edib ki, martın 17-də Qazaxıstan respublikası parlamentinin Senatinda göruş olub. Görüşdə ikitərəli əlaqələr, onun gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.