image-313fe7f1-5798-4059-bbc3-d66304e67e50backend

Deputat Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib.

image-reklam_sirab_01

 

Nizami rayonu 24 saylı 1-ci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayon sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən ünvanlanmış müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Qəbul zamanı millət vəkili vətəndaşları fərdi və onlayn formatda dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.

Deputat qərargahından verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında vətəndaşların işlə təmin olunması, sosial yardımın bərpa edilməsi, miqrasiya ilə bağlı problemlə üzləşən şəxslərə köməklik göstərilməsi, tikinti şirkəti tərəfindən mənzillərin vaxtında təhvil verilməsinin təmin edilməsi və s. bu kimi məsələlər başlıca yer almışdır.

Qəbulun sonunda deputat K. Nurullayeva görüş iştirakçılarına bildirib ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaq, məsələlərin həlli istiqamətində lazımi addımlar atılacaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki