image-51117aa2-de0b-4180-95b2-1e28fa648ff8backend

Deputat Nizami rayon sakinlərinin problemləri ilə maraqlanıb

image-reklam_sirab_01

 

Millət vəkili Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Deputat qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Bildirmək istərdik ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında aztəminatlı ailənin qarşılaşdığı məişət problemləri, vətəndaşın sağlamlıqla bağlı yaşadığı çətinlik, qazimizin əlillik təyin edilməsində yaşadığı problem, işlə təmin olunma, ünvanlı sosial yardımın alınması və s. bu kimi məsələlər başlıca yer almışdır. Millət vəkilinin qərargahından verilən məlumata görə, seçicilərin qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki