image-img-20210708-wa0037backend

Deputat Ramil Həsən Alpout kəndində vətəndaşlarla görüşdü.

image-reklam_sirab_01

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 7 iyul  2021-ci il tarixində saat 14:00-dan 17:00-a qədər Alpout kənd 1 saylı orta məktəbin bağında, açıq havada Alpout, Qarabörk, Qaradaglı və Çiyni kənd seçiciləri ilə görüşüb.
Görüşə başlamamışdan öncə Azərbaycanımızın ərazi bütövlüyü uğurunda canlarını fəda etmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Vətəndaşlar qarşılaşdıqları narahatlıqlatdan ən vacibi olan içməli su təchizatı və  torpaqların suvarma problemini Milli Məclisdə qaldırılması ilə bağlı xahişlər ediblər. Millət vəkili Ramil Həsən içməli və suvarma suyu ilə bağlı Ucar rayonunun ən önəmli məsələsini artıq dəfələrlə hökumət qarşısında, Baş nazir və müvafiq dövlət qurumları qarşısında qaldırdığını, Milli Məclisdə bununla bağlı dəfələrlə çıxış etdiyini seçicilərin diqqətinə çatdırıb, bu məsələni yenidən gündəmdə saxlayacağını və qanuna müvafiq formada bu prosesin həll olunması ilə bağlı addım atmaq üçün əlindən gələn bütün müvafiq işləri həyata keçirəcəyini bir daha vurğulayıb. Vətəndaşlat tərəfindən yol infrastrukturu, suvarma sisteminin təkmilləşdirilməsi, işsizlik, əlilliyin təyini, sosial müavinət, müalicə ilə bağlı müraciətlər, şəxsi problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub.

Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib.

 

Görüş zamanı 44 günlük Vətən Savaşında yaralanmış qazilər öz problemləri ilə bağlı millət vəkilinə müraciət ediblər.

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirmiş olduğu çoxtərəfli tədbirlər çərçivəsində şəhid və qazi ailələrində olan bütün problemlərin aradan qaldırılması üçün tədbirlər davam etməkdədir və bu istiqamətdə də millət vəkili əlindən gələn əlavə dəstəyi verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki