Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 23 sentyabr 2021-ci il tarixində 11:00-dan 13:00 -a qədər Ucar rayon Heydər Əliyev Mərkəzində seçicilər növbəti görüşü baş tutub.
Görüşdə iştirak edən onlarla Ucar rayon seçicilərinin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılması müzakirə olunub, həmçinin görüşdə iştirak etmiş seçicilərin bir qisimi də həllini tapmış məsələlərlə bağlı Milli Məclisin deputatı Ramil Həsənə dərin təşəkkürlərini ifadə ediblər.
Qaldırılan məsələlərin içərisində ən çox şikayətlər yenə də Səhiyyə sahəsində əlillik dərəcələrinin alınması, sosial problemlərin həlli, su, qaz sayğacları və xətlərinin çəkilişi, o cümlədən asfalt yolların çəkilməsi ilə bağlı məsələlər olub. Bununla bağlı məsələ Milli Məclisin deputatı tərəfindən dinlənilib, lazımı tapşırıqlar verilib və qısa müddətdə əhalinin bu qəbildən olan tələblərinin və təkliflərinin müvafiq dövlət qurumlarına çatdırılması ilə bağlı qərar qəbul edilib.