image-img-20230317-wa0177backend

Deputat Ramil Həsənin təşəbbüsü ilə yüzlərlə ailəni əhatə edən “Novruz” yardım aksiyası davam etməkdədir

image-reklam_sirab_01

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsənin təşəbbüsü ilə Ucar rayonunda Novruz bayramı ərəfəsində, xalqımızın qədim adət-ənənələrindən olan su çərşənbəsi günü start götürən “Novruz” yardım aksiyası bu gündə davam etməkdədir. Belə ki, Ucar rayonunun müxtəlif kəndlərində və rayon mərkəzində yaşayan şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə bayram sovqatları verilib. Eyni zamanda onu da qeyd edək ki, layihə çərçivəsində sovqatlar təqdim olunan ailələrin qaldırdıqları problem və narahatlıqlar millət vəkilinin nümayəndələri tərəfindən dinləniləcək, qeydiyyata alınan narahatlıqlarla bağlı müvafiq addımlar atılaraq dövlət qurumları məlumatlandırılacaqdır.

Fürsətdən istifadə edərək, bu xoşməramlı və hümanitar təşəbbüsə qoşularaq dəstək verən bütün şəxslərə dərin təşəkkürümüzü ifadə edirik.

Onuda qeyd edirik ki, millət vəkili Ramil Həsənin təşəbbüsü ilə əlamətdar günlərdə müxtəlif formalarda aksiyalar keçirilir, şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə mütamadi olaraq baş çəkilir, dəstək verilir, qaldırdıqları narahatlıqların həlli üçün qanuna müvafiq olaraq çalışılır.

image-img-20230317-wa0176 image-img-20230317-wa0177 image-img-20230317-wa0178 image-img-20230317-wa0174 image-img-20230317-wa0175 image-img-20230317-wa0172 image-img-20230317-wa0173


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki