Ötən günlərdə Nizami rayonu sakinləri ilə keçirilən səyyar görüşlər zamanı vətəndaşlar onları narahat edən bir sıra problemləri deputat Könül Nurullayevanın diqqətinə çatdırıblar.
Nəzərinizə çatdırmaq istərdik ki, Cəmşid Naxçıvanski küçəsi 75, Əzim Əzimzadə küçəsi 6 və 10, Qara Qarayev prospekti 46 və Rüstəm Rüstəmov küçəsi 25/63 saylı yaşayış binalarının sakinlərini qayğılandıran məsələlər millət vəkili tərəfindən operativ şəkildə Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanaraq, qısa zaman ərzində həll edilib.
Milli Məclisin deputatı Könül Nurullayeva da öz növbəsində seçicilərinə səslənərək bildirib ki, həm səyyar görüşlər zamanı, həm də Deputat Qərargahında keçirilən birbaşa qəbullar zamanı vətəndaşlar tərəfindən səsləndirilən məsələlərin həll edilməsi onun üçün daima ən çox əhəmiyyət kəsb edən məsələlərdən biri olub. Həmçinin millət vəkili əlavə edib ki, vətəndaşları narahat edən məsələləri aradan qaldırmaq və onların müraciətlərini qeydiyyata götürərək aidiyyəti üzrə müvafiq qurumlara yönləndirmək sahəsində öz fəaliyyətini bundan sonra da böyük məsuliyyət və şərəf hissi ilə davam etdirəcək.