image-dfc78618-2d7d-435f-bc8d-ba6ff8038f20backend

Deputatın təşəbbüsü ilə başlayan “Novruz” yardım aksiyası davam edir

image-reklam_sirab_01

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsənin təşəbbüsü ilə Novruz bayramı münasibətilə başlayan “Novruz” yardım aksiyası Ucar rayonunda davam etməkdədir. Belə ki, öncədən hazırlanmış siyahıya və müraciətlərə uyğun olaraq Ucar rayonunun müxtəlif kəndlərində və rayon mərkəzində yaşayan yüzlərlə şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə bayram sovqatları verilir, onların narahatlıqlar və hazırda üzləşdikləri problemlərlə maraqlanılır, eyni zamanda müvafiq addımlar atılır.

Xoşməramlı təşəbbüsə qoşularaq dəstək verən “Hünər” Şirkətlər Qrupuna və xeyirsevər insanlara dərin təşəkkürümüzü ifadə edirik.

Onu da qeyd edirik ki, millət vəkili Ramil Həsənin təşəbbüsü ilə əlamətdar günlərdə müxtəlif formalarda aksiyalar həyata keçirilir, şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə mütamadi olaraq baş çəkilir, dəstək verilir.

image-58d9eb85-3db3-4040-b5ec-ec14b0fe5641 image-dfc78618-2d7d-435f-bc8d-ba6ff8038f20 image-d9f4e78d-0678-46a6-b7b6-56ce7b197830


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki