image-interpress_f73983ff7c0dc31a99f0ddf9d171ce34_4tsfv6bh5xej3w8i1oa2-637x336backend

Din sahəsində baş verənlərin arxasında dayanan səbəblər Dövlət-din münasibətlərini kim və niyə gərginəşdirir?

image-reklam_sirab_01

Din sahəsində son zamanlar müşahidə olunan gərginliyin arxasında maraqlı qüvvələr var. Dövlət-din münasibətlərinin süni şəkildə gərginləşməsi, dindarları, xüsusən də dövlətə sadiq olan icmaları narazı salan addımlar heç də rəsmi dövlət siyasəti deyil, din sahəsində nüfuz müharibəsinin gözə görünən elementləridir.

Bu məsələdə son olaraq Məşədi Dadaş məscidi ətrafında baş verən gərginlik zamanı daha qabarıq göründü. Hacı Şahin dünyasını dəyişdikdən az sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəhbərliyi ilə məscid icması arasında əldə olunan razılığa əsasən Məşədi Dadaş məscidinə imam təyin olundu.

Lakin keçən həftə gözlənilmədən Dini Komitə bu qərardan imtina edərək məscidə Əli Şərbətov adlı ilahiyyatçını imam təyin etdi. Bundan sonra icma etiraz olaraq məscidi tərk etdi və bu hadisə üzərindən geniş ictimai müzakirə və mübahisələr yarandı. Hətta vəziyyət o həddə çatdı ki, Milli Məclisin deputatı, İlahiyyat İnstitutunun keçmiş rektoru Ceyhun Məmmədov mediaya müsahibəsində Komitənin bu qərarını tənqid edərək, onu dövlət-din münasibətlərinə zərbə kimi qiymətləndirdi.

Dini mövzularda həddən artıq ehtiyatlı danışan, daim Komitə ilə yaxın əlaqələrə malik C.Məmmədovun birdən-birə keçmiş həmkarlarını və sədri Mübariz Qurbanlını hədəfə alması böyük təəccüblə qarşılandı. Çünki deputat buna qədər Məşədi Dadaş məscidi icması və onun mərhum imamı Hacı Şahinlə o qədər də yaxın olmayıb. Yəni bu məsələdə şəxsi dostluq və ya rəğbətdən söhbət gedə bilməzdi. O zaman deputatı birdən-birə Məşədi Dadaş təəssübkeşi edən səbəb nə idi?

İddialara görə C.Məmmədovu Dini Komitəyə qarşı qoyan səbəb dövlətin dini qurumuna rəhbərlik uğurunda başlayan mübarizədir. Məmmədov və onun hakimiyyətdəki havadarları onu DQİDK-nin yeni sədri olaraq görür və hazırkı baş verən dramatik vəziyyətdə Ceyhun Məmmədovun önə çıxmasını təşkil edir.

Amma bu oyunda Məmmədov tək deyil. Dini Komitənin sədr müavini, keçmiş xüsusi xidmət orqanı zabiti, medianın yazdığına görə, sabiq MTN naziri Eldar Mahmudovun adamı və onun vasitəsilə Komitəyə yerləşdirilmiş Səyavuş Heydərov da bu oyunun içindədir. Heydərov Komitə vasitəsilə dövlət-din, daha doğrusu Komitə və dini icmalar arasında gərginliyi artıran addımlar atmaqla bir tərəfdən dini vəziyyəti gərginləşdirir, digər tərəfdən, komitə sədri Mübariz Qurbanlını hədəfə çıxarır. Çünki son zamanlar onsuz da mövqeləri zəifləmiş Qurbanlının işdən azad olunacağı barədə şayiələr dolaşır. Bu cür hadisələr isə bu şayiələrin gerçəkləşməsini sürətləndirə bilər. Başqa sözlə, Heydərov sədrini yola salıb onun yerinə keçməyə hazırlaşır və ya ona belə bir vəd verilib.

Din sahəsinin daha bir “avtoriteti” Şeyxülislam isə gedişatdan xeyli razıdır və dəstəkləyir. Çünki dini camiədə artan gərginlik, Komitənin mövqelərinin zəifləməsi avtomatik olaraq Şeyxin güclənməsi, itirdiyi mövqelərini geri ala bilər. Üstəlik adları çəkilən şəxslərin də Şeyxə isti münasibətləri var. Başqa sözlə,QMİ sədri baş verən proseslərdən hər bir halda qazanclı çıxır.

Bu savaşı aparanların son məqsədi dini sahədə mövqelərini möhkəmləndirib, vəzifə tutmaqdır, lakin nəticə etibarı ilə dövlətin din siyasəti ciddi zərbə alır, vətəndaş-dövlət münasibətləri zədələnir. Lakin o da görünür ki, bu davanı aparanları məsələnin bu hissəsi o qədər də narahat etmir.

 

İstinad: İnterpress.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki