image-iqbal-memmedov-76backend

Dördgünlük Aprel döyüşləri 44 günlük Vətən müharibəsinin hazırlıq məşqi idi

image-reklam_sirab_01

“Dördgünlük Aprel döyüşləri əslində 44 günlük Vətən müharibəsinin hazırlıq məşqi idi. Baxmayaraq ki, 7 il əvvəl, bu günlərdə də məhz erməni təxribatı nəticəsində Aprel döyüşləri baş vermişdi. Ancaq həmin döyüşlər bizə düşmənin daha zəif tərəflərini müəyyən edib həmin istiqamətdə daha güclü olmağa imkan yaratdı”.

Bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, əslində Aprel döyüşlərində də Azərbaycan Ordusu və onun Müzəffər Ali Baş Komandanının düşmən üzərində zəfər əldə etməsi mümkün idi:

“Qısa müddətdə, cəmi 4 gün ərzində Azərbaycan Ordusu düşmən üzərində üstünlük əldə edərək Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad edildi. Ermənistan tərəfi zamanında işğal etdiyi əraziləri sürətli şəkildə itirdiyini görərək atəşkəs təklifi etdi. Məhz beynəlxalq birliyin, Rusiyanın vasitəçiliyi ilə tərəflər 5 apreldə atəşkəs razılığı əldə etdilər”.

İqbal Məmmədov deyib ki, Aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini işğaldan azad etdi:

“Bu həm də Ordumuuzun, onun Ali Baş Komandanının gücü, qüdrətinin nümayişi idi ki, Azərbaycan Silahlı Qüvvələri istənilən anda torpaqlarını işğaldan azad edə bilər. Aprel döyüşləri cəmiyyətdə həmin inamı yaratdı ki, Azərbaycan Ordusu işğal altında olan bütün ərazilərini azad etmək gücündə, qüdrətindədir”.

Millət vəkilinin sözlərinə görə, Ermənistan Aprel döyüşlərindəki üzləşdiyi uğursuzluqdan nəticə çıxarsa, işğal etdiyi Azərbaycan ərazilərindən çəkilməyə üstünlük versəydi, 44 günlük Vətən müharibəsinə və çoxlu sayda itki verməsinə də gərək qalmazdı: “Təəssüflər olsun ki, Ermənistan tərəfi Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun gücü, qüdrətini dəyərləndirə bilmədi. Nəticə etibarilə, 44 günlük müharibədə biabırçı məğlubiyyətə düçar oldu”.

İqbal Məmmədov qeyd edib ki, bu gün Qarabağa baş tutan qayıdışın əsası əslində Cocuq Mərcanlıya tarixi qayıdışla qoyuldu: “Cocuq Mərcanlı Qarabağa qayıdışımızın giriş qapısı oldu”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki