image-reklam-veteninfo
image-2_4simbackend

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə görüş keçirilib

image-reklam-veteninfo

“Müasir informasiya cəmiyyəti və innovasiyalar” İctimai Birliyi (Birlik) “Süni intellektin dövlət idarəetməsində tətbiqi imkanları ilə bağlı beynəlxalq təcrübənin araşdırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə görüş keçirmişdir.

Görüş zamanı ilk olaraq, Birlik tərəfindən həyata keçirilmiş layihələr, Birliyin vətəndaş cəmiyyətinin inkişafı və ictimai maarifləndirmə sahəsində gördüyü işlər barədə ətraflı məlumat verilmişdir. Birliyin cari layihəsinin aktuallığı, layihə çərçivəsində həyata keçiriləcək işlər və hədəflənən nəticələr ilə bağlı müzakirələr aparılmışdır. 4SİM-in İcraçı direktoru Fariz Cəfərov isə Mərkəzin fəaliyyət istiqamətləri, süni intellektin təhlili sahəsində görülən işlər, icra olunan layihələr və gələcək planlar barədə məlumat vermiş, müvafiq araşdırma işinin uğurla icrasına töhfə verəcək rəy və təkliflər səsləndirmişdir.

Yekunda, Birlik tərəfindən layihə çərçivəsində görüş keçiriləcək yerli və xarici dövlət və özəl təşkilatlar, müzakirə olunacaq mövzular və əldə olunacaq datanın təhlili və maraqlı tərəflərə çatdırılması üsulları barədə fikir mübadiləsi aparılmışdır.

Layihə çərçivəsində Birliyin əlaqədarə təşkilatlarla görüşləri davam etməkdədir.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki