image-reklam-veteninfo
image-1backend

Dövlət büdcəsinə bu qədər ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər

image-reklam-veteninfo

Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, rəqabəti məhdudlaşdırma kimi cinayət törədən və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) artıq bir misli yox, 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.

Həmçinin layihəyə görə, artıq qanunsuz olaraq kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınması, habelə qeyd edilən məqsədlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi də yalançı sahibkarlıq (Cinayət Məcəlləsinin 193-cü maddəsi) hesab ediləcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki