Vətən müharibəsi adı ilə tariximizin ən şanlı səhifələrindən birinə çevrilmiş İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələndi. Əlbəttə ki, bu Qələbə şəhidlərimizin canları, qazilərimizin sağlamlığı bahasına, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində əldə olunub. Şübhəsiz ki, dövlətimiz Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də qazilərimizə, həmçinin torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və qayğı ilə yanaşır.
Müharibədən sonra dövlətimizin qarşısında duran ən mühüm sosial məsələlərdən birinin şəhid ailələrinin və qəhrəman döyüşçülərimizin qayğılarının diqqət mərkəzində saxlanılması olduğunu qeyd edən deputat bildirib: “Dövlətimizin başçısının tapşırıqları əsasında bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olmuş ərazilərimizin dirçəldilməsi məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fondu dövlətimizin bir digər mühüm strateji addımlarından biridir. Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq. Qarabağ Dirçəliş Fondunun yaradılması dövlətin Qarabağ siyasətinin təzahürüdür.
Dövlət hər zaman vətəndaşının yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Dövlət tərəfindən atılmış ən mühüm addımlardan biri şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı üzrə təşəbbüslərin yerli icra hakimiyyəti orqanlarını da əhatə etməsidir. Sosial siyasətin institutlaşdırılması dövlətin mövcud istiqamətdəki prinsipiallığını nümayiş etdirir. Belə ki, dövlət xidmətlərinin əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir.
Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi muxtar respublikamızda xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti ilbəil yaxşılaşdırılır, bu istiqamətdə zəruri yeniliklər tətbiq edilir. Müvafiq kateqoriyadan olan şəxslərin maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis olunur, sosial ödənişlərin məbləği mütəmadi artırılır.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi iştirakçıları da dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır, şəhid ailələri, müharibə veteranları hərtərəfli diqqət və qayğı ilə əhatə olunurlar. 2020-ci il ölkəmizin tarixinə “Zəfər ili” kimi yazıldı. Uzun illərdir düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük zəfər müharibəsi nəticəsində düşməndən təmizləndi, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. 44 günlük müharibə dövründə ölkəmizdə və ölkəmizdən kənarda yaşayan bütün azərbaycanlılar böyük həmrəylik göstərərək istər döyüş meydanında, istər informasiya müharibəsində istərsə də beynəlxalıq arenada düşmən qarşısında böyük qələbə qazandı.
Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq.
Müharibənin yekunlaşması ilə birlikdə ölkəmiz qarşısında artıq yeni hədəflər formalaşmış oldu. Qarabağa qayıdış, yenidən bərpa və məcburi qaçqın və köçkünlərin öz torpaqlarına geri qayıtması məsələsi əsas prioritetlərdən biri kimi qarşımızda dayanır. Qarabağın bərpası artıq qarşıda duran ilk mərhələdir. Bununla yanaşı ölkə başçısının daim diqqətində şəhid ailələri, müharibə zamanı müxtəlif dərəcəli xəsarət alan hərbiçilərimiz və onların ailələri eyni zaman da müharibə iştirakçıları xüsusi olaraq qalır.
Bugün ölkəmizdə keçirilən sosial siyasətin əsas prioritetlərindən biri şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsidir. Şəhid ailələrinin və qazilərin sosial şəraitinin yaxşılaşdırılmasında həyata keçirilən bu prosesə davamlı dəstək milli birliyimizi bir daha təcəssüm etdirmiş olur.Vətən bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından və sağlamlığından keçmiş Azərbaycanın igid və ləyaqətli övladları və onların yadigarları daima xalq və dövlət dəstəyi ilə bundan sonra da əhatələnəcək, onların sosial problemləri ən sürətli şəkildə və xüsusi diqqətlə həll ediləcəkdir
Tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılmışdır. Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir.
Azərbaycan Respublikasında hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar;
Bütün bunlar, bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir.
Nəsimi rayon gənci
Lalə Yolçiyeva