image-18backend

DSMF rüşvətxorluqla mübarizə üçün məsləhət alacaq

image-reklam_sirab_01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) ISO 37001:2016 – Rüşvətxorluğa qarşı mübarizənin idarəetmə sistemləri beynəlxalq standartının tətbiqi ilə bağlı məsləhət xidmətlərinə dair elan etdiyi açıq tenderə yekun vurub.

Veteninfo.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Ekvita Consulting” MMC-dir.

Qalib şirkətə 30 min manat ödəniləcək.

Xatırladaq ki, “Ekvita Consulting” bir qədər əvvəl DSMF-nin maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması üzrə məsləhət xidmətləri ilə bağlı elan etdiyi açıq tenderin də qalibi olub. Bu məqsədlə şirkətə 52,5 min manat ödənilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki