image-img-20231226-wa0003backend

Dünya Azərbaycanlılarının həmrəyliyi günü – 31 Dekabr

image-reklam_sirab_01

Dekabrın 31- i Azərbaycan tarixində əlamətdar günlərdən biridir. Bu yalnız Azərbaycanda yaşayan Azərbaycanlıların deyil, dünyada yaşayan bütün azərbaycanlıların günüdür. Bu, tariximizdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir. Həmrəylik günü milli birlik, bütövlük, azadlıq uğrunda mübarizənin nəticəsi olaraq tariximizdə iz qoymuşdur. Bu gün dünyada yaşayan hər bir soydaşımızın günüdür. Hər il Dekabrın 31- i xüsusi sevinc, coşqu, qürurla və geniş şəkildə qeyd olunur və bu günün tarixi də xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanı ikiyə bölən Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanın tarixinə, xalqına qarşı imzalanmış bədnam müqavilə idi. Həmin tarixdən sonra hətta ən yaxın qohumar, qardaşlar bir-birindən ayrı düşmək məcburiyyətində qaldı. Lakin bu tarixdən uzun müddət keçməsinə baxmayaraq, 1989-cu il dekabrın sonlarında azərbaycanlılar tərəfindən Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılmasına başlanıldı. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu mübarizəyə “Sərhəd hərəkatı” adı da verilmişdi. Çünki, məqsəd Azərbaycan dövlətinin bütövlüyünü, birliyini təmin etmək idi. Tezliklə bu azadlıq mübarizəsi digər sərhəd rayonlarına da yayılaraq geniş vüsət aldı. Xalqın istəyi hər iki tərəfin yenidən birləşməsi, əvvəlki əlaqələrin bərpası, həmrəy olmaq və bu yolda mübarizə aparmaq, azadlıq tələbi idi. Lakin həmin dövrdə rəhbərlik bu mübarizənin qarşısını hər yolla almağa cəhd edirdi.
1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Resublikasında başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.
Göründüyü kimi Ümummilli lider Heydər Əliyev xalqıın birliyi,həmrəyliyi yolunda daha bir tarixə imza atmış oldu. Həmin tarixdən etibarən Həmrəylik Günü dünyanın hər bir ölkəsində yaşayan yaşından asılı olmayaraq hər bir azərbaycanlının təntənəli şəkildə qeyd etdiyi gündür. Bu gün birliyə, həmrəyliyə,birgə mübarizəyə, Vətənin azadlığı, dirçəlişi, gələcək inkişafı üçün hər bir azərbaycanlıya çağırışdır. Ulu Öndər Heydər Əliyev hər zaman dünyada yaşayan azərbaycanlılar arasında sıx əlaqələrin olmasına, təşkilatlanmasına, milli ruh, milli ənənəyə sadiq qalmasına çalışmış, mühüm xidmətlər göstərmişdi.
Beləliklə, 2001-ci il noyabrın noyabrın 10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirilib. Dünya azərbaycanlılarının ilk qurultayında 36- dan çox xarici ölkədə yaşayan, müxtəlif təşkilatları təmsil edən qonaqlar iştirak etmişdi. Qurultayda Ümummilli lider Heydər Əliyev çıxış edərək geniş nitq söyləmişdir. Heydər Əliyev çıxışı zamanı Azərbaycanla dünya azərbaycanlılarının əlaqələrinin genişləndirilmisi, müxtəlif istiqamətlərdə birlikdə çalışmaları, Azərbaycanın gələcək inkişafı, birliyin, həmrəylin möhkəmləndirilməsi, milli dəyərlərimizin qorunub saxlanılması yolunda dəyərlifikirlər söyləmişdir.
Dünya azərbaycanlıların II qurutayı 2006-cı ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmişdir. Bu qurltayda diaspor, lobbi fəaliyyəti haqqında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün müəyyən tədbirlər görülməsi üçün müzakirələr aparılmışdı.
Bu il qeyd ediləcək Həmrəylik Günü digərlərindən fərqlənir. Hər kəsə məlum olduğu kimi Azərbaycan dövləti öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş, torpaqlarımızın hər qarışında şanlı Azərbaycan Bayrağı dalğalandırılır. Qarabağ sakinləri öz doğma yurdlarına geri dönür. Bu qələbə hər bir Azərbaycan vətəndaşının birliyi, həmrəyliyi, azadlıq mübarizəsi nəticəsində baş tutmuşdur. İstər Azərbaycanda, istərsə də xaricdə yaşayan hər bir azərbaycanlı birlik olmuşdur. Hazırda Azərbaycan dünyada öz sözünü yeridən dövlətlərdən biridir. Müstəqil ölkə kimi nüfuzu genişlənir. Artıq xaricdə yaşayan, Azərbaycanda yaşayan hər bir azərbaycanlı qürurla, fəxrlə yaşayır, gəzir, fəaliyyət göstərir. Bunun ən əsas səbəbi Azərbaycanın 30 ildən sonra qələbə çalması, məğlub ordu mifinin tamamilə yox edilməsidir. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir və hər bir azərrbaycanlı bununla qürur duyur. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi “Hər bir insan üçün onun mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
Bəli, bu gün artıq istənilən ölkədə, Vətəndə yaşayan hər bir azərbaycanlı bununla qürur duyur, fəxr edir və həmrəylik nümayiş etdirirlər.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki