image-2017-05-05-17-58-ezp8cn-rusiya-absh-muharibesi-qerari-cin-verecekbackend

Dünya yeni fəlakətin astanasında: Hamımız ölə bilərik

image-reklam_sirab_01

“ABŞ dövlət katibi Entoni Blinkenin və onun siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın Rusiyaya irrasional nifrəti Amerika tərəfini dünya müharibəsinə sürükləyəcək”.

Bu fikri respublikaçı konqresmen Pol Qosar bildirib.

“Həm Nuland, həm də Blinkenin Rusiyaya qarşı köklü məntiqsiz nifrətləri var, onlar ABŞ-ı başqa bir dünya müharibəsinə sürükləməyə çalışırlar”, – deyə o qeyd edib.

Qosar əvvəllər Nulandı Ukraynada münaqişəni gərginləşdirməyə çalışmaqda ittiham edən amerikalı iş adamı İlon Maskla razılaşıb.

“Bunlar təhlükəli axmaqlardır, buna görə hamımız ölə bilərik”, – konqresmen əlavə edib.

Bundan əvvəl Amerikanın keçmiş lideri Donald Tramp xəbərdarlıq etmişdi ki, planet üçüncü dünya müharibəsi astanasındadır və qlobal münaqişə heç vaxt bu qədər yaxın olmayıb. Onun sözlərinə görə, bunun günahkarı ABŞ prezidenti Co Baydenin rəhbərlik etdiyi “korrupsioner Vaşinqton isteblişmenti”dir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki