image-reklam-veteninfo
image-8xhdjl7ywhwqysiobackend

İranlı rəsmidən Trampa sərt ittiham: “ABŞ prezidenti strateji məğlubiyyətə uğrayıb”

image-reklam-veteninfo

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ Prezidenti Donald Trampın İranla qarşıdurmada strateji və siyasi məğlubiyyətə uğradığını iddia edib.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Rzayi bildirib ki, İran ABŞ-ni təkcə döyüş meydanında və Hörmüz boğazında deyil, həm də Vaşinqtonda siyasi müstəvidə məğlub edib.

“İran xalqı Trampı döyüş meydanında və Hörmüz boğazında, eləcə də Vaşinqtonda siyasi baxımdan strateji məğlubiyyətə uğradıb”, – deyə o vurğulayıb.

İranlı rəsmi, həmçinin xəbərdarlıq edib ki, İranla qarşıdurmaya girən hər kəs bunun bədəlini ödəyəcək.

Qeyd edək ki, ABŞ-da noyabrın 3-də keçirilən Konqres seçkilərinin nəticələri ilə bağlı yayılan məlumatlarda Demokratlar Partiyasının hər iki palatada çoxluq əldə etdiyi bildirilir. Tehran isə bu siyasi nəticələri Tramp administrasiyasının məğlubiyyətinin göstəricisi kimi təqdim edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki