image-reklam-veteninfo
image-agca25backend

“Ecovision – Yox edilən Gələcək” layihəsi çərçivəsində Lənkəranda ekoloji maarifləndirmə tədbiri keçirilib

image-reklam-veteninfo

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə “Ecovision – Yox edilən Gələcək” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir 3 yanvar 2024-cü il tarixində Lənkəran şəhərində, Asif Məhərrəmov adına 7 saylı tam orta məktəbdə keçirilib.

Tədbirin əsas məqsədi gənclərin ekoloji problemlər, ətraf mühitin qorunması və davamlı inkişaf prinsipləri barədə biliklərinin artırılması, həmçinin onların ekoloji məsuliyyətinin və maarifləndirilməsinin gücləndirilməsi olub.

Tədbiri layihə rəhbəri Gülnar Nəsibli açıq elan edərək iştirakçıları salamlayıb və layihənin məqsədləri barədə məlumat verib.

Görüş zamanı gənclərlə müasir dövrün əsas ekoloji problemləri, ətraf mühitin çirklənməsi, təbii ehtiyatlardan səmərəli istifadə, tullantıların düzgün idarə olunması və ekoloji davranışların gündəlik həyatımızda tətbiqi barədə fikir mübadiləsi aparılıb.

İnteraktiv müzakirələr zamanı iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib, onların ekoloji problemlərin həllində gənclərin rolu və məsuliyyəti barədə düşüncələri müzakirə olunub.

Layihə çərçivəsində keçirilən bu kimi tədbirlərin əsas hədəfi gənclərin ekoloji biliklərinin artırılması, onları ətraf mühitin qorunmasına dair təşəbbüslərə cəlb etmək və davamlı gələcəyin formalaşmasında fəal iştiraklarını təşviq etməkdir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki