2019-cu ilin sonlarında dünyada yeni koronavirusun yayılması Azərbaycanda da yan keçmədi. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etdi. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər təxminən 2 milyondan çox şəxsin həyatına son qoydu. Cənab Prezident İlham Əliyev qabaqlayıcı tədbirlər goürülməsi üçün tapşırıqlar vermişdi. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələr sırasına daxil olunub. Vaksinasiya başlanılması üçün Azərbaycan Çinin – Sinovac şirkətinin istehsal etdiyi CoronoVAC vaksinini aldı. Vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirildiyindən ölkəmizdə effektli təsir olacaqdır. Ölkəmizdə peyvənd vurulduqdan sonra heç bir mənfi təsirləri olmayıb. Əsas məsələ alınan vaksinin kefiyyətli və effektivliyidir. Bununla bağlı müxtəlif ölkələrdən fərqli nəticələr əldə olunub. Lakin həmin vaksin çox effektli olmuşdur. Vaksin vurduran insanların müəyyən hissəsi xəstələnə bilər, lakin onlar bu xəstəliyi çox yüngül keçirdirlər. Bunların hamısı nəzərə alınaraq “CoronoVAC” vaksini seçildi. Həmin peyvənd artıq ölkəmizdə yanvar ayında başlıyaraq vaksinasiya kampaniyasına başladılmışdır. Vaksinasiya dövlət hesabına vurulacaqdır. Azərbaycanda koronavirusa qarşı peyvənd ilkin olaraq səhiyyə işçilərinə vurulmağa başlanıldı. Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası na əsasən, ilk növbədə, əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının peyvənd edilməsi nəzərdə tutulub. Əhalinin vaksinasiya edilməsi nəticəsində qısa zamanda vaksinin müsbət təsirini görəcəyik və COVID-19 pandemiyasına son qoyan ilk ölkələrdən biri olacağıq. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları cəlb olunan insanlar peyvənd olunur. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdır. Virusun ölkəmizdə yayılmasının qarşısını almaqdan ötəri səhiyyə işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət görsədirlər. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür. Peyvəndləmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları yaradılıb. Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib. Ölkəmizdə koronavirus vaksini vurulacaq şəxslərə elektron sistemin ehtiyac olacağı halda xaricə səfər edənlərə Covid-19 pasportu veriləcəkdir.
Alıyev Fariz