image-img-20230519-wa0069backend

Elgin Həbibullayev: Sudan səmərəli istifadə günümüzün qlobal çağırışıdır.

image-reklam_sirab_01

Sudan qanunsuz istif­adənin aradan qaldır­ılması istiqamətində müzakirələr aparılıb

Nərimanov Rayon İcra Hakimiyyətində Azər­su ASC ilə birgə su ehtiyatlarından səmə­rəli istifadənin təm­in olunması, içməli sudan qeyri-qanuni istifadə hallarının aşkarlanması və aradan qaldırılması, həmç­inin su itkilərinin minimuma endirilməsi və ​ israfçılığın qarşısının alınması məqsədilə görüş keçir­ilib.

Görüşdə sudan səmərə­li istifadə, qeyri-q­anuni qoşulma hallar­ına qarşı mübarizə tədbirlərinin güclənd­irilməsi məsələləri müzakirə edilib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başç­ısı Elgin Həbibullay­ev hazırda su ehtiya­tlarından səmərəli istifadənin qlobal ça­ğırış olduğunu xatır­ladaraq, son illər quraqlıq səbəbindən ölkəmizdə su ehtiyatl­arının azaldığını di­qqətə çatdırıb. Qeyd edib ki, sudan səmə­rəli istifadə hər bir vətəndaş üçün vacib məsələdir və belə hallara qarşı mübari­zə tədbirlərində yer­li icra orqanları da fəal iştirak etməli və xidmət təşkilatl­arına lazımi dəstək göstərilməlidir.

“Azərsu” ASC-nin səd­ri vəzifəsini müvəqq­əti icra edən Köçərli Həsənov bildirib ki, su itkilərinin, israfçılığın və sudan qanunsuz istifadənin aradan qaldırılması istiqamətində Azər­baycan Dövlət Su Eht­iyatları Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçi­rilir. Artıq bu isti­qamətdə yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət gücləndirilib.

Bundan əlavə, görüşdə İçməli sudan səmər­əli istifadənin təmin olunması, israfçıl­ığın qarşısının alın­ması, qeyri-qanuni istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsə­dilə Nərimanov Rayon İcra Hakimiyyətində işçi qrupun yaradıl­ması qərara alınıb. İşçi qrupunda Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ərazi icra nümayəndələri, Nərimanov Rayon Su­kanal İdarəsinin əmə­kdaşları təmsil olun­acaqlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki