“Azərbaycan hökumətinin əsas hədəfi postpademiyadan sonra qeyri-neft sektorunda iqtisadi artımı 15 %-də stabilləşdirilməsidir”.
Veteninfo.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, burda, əsas vəzifələrimizdən biri sektorda ixracın şaxələndirilməsi, templərini qoruyub saxlanılması və bu əsasda ümumi iqtisadi artıma və ölkənin xarici balansının dayanıqlılığına dəstək verməkdir.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 71 milyard 589 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 %, qeyri neft-qaz sektorunda isə 5,9 % artıb.