image-367434565_2002595376762401_5179461160183159820_nbackend

Elnur Camalxanova yüksək vəzifə verildi

image-reklam_sirab_01

Elnur Camalxanova yüksək vəizifə verilib. Vətəninfo.az xəbər verir ki, bu barədə Elnur Camalxanov “Füzuli” Futbol komandasının İdarə Heyətinin sədri seçilib. Bu barədə Elnur Camalxanov öz sosial şəbəkə hesabında bildirib.

“Doğma klubumuz “Füzuli” Futbol komandasının İdarə Heyətinin sədri seçildim. Dəvət üçün AFFA, PFL rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Klubun yaradıcısı və İcraçı direktoru Vasif İsmayılovun komandanın indiyədək ayaqda qalması, həmçinin Region Ligasında uğurlu cıxışlarına görə əziyyəti danılmazdır. PFL-in 2-ci Ligada iştirak edəcək klub rəhbərləri ilə AFFA da keçirilən görüşündə bir çox vacib məsələlər müzakirə olundu.
Klubumuzun daha da inkişaf etdirilməsi, nəinki 1-ci Divizyona hətta Misli Premyer Ligasına vəsiqə qazanması üçün əlimizdən gələni edəcəyik. Hər kəsə uğurlar arzulayıram.
Bu arada deyim ki, qapımız nəinki sponsorların üzünə açıqdır hətta onlara ehtiyac da var. Füzuli rayonundan olan İş adamlarını səbirsizliklə gözləyirik. Doğma klubumuza dəstək olaq. Biz birlikdə güclüyük!!!”- Elnur Camalxanov qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image