image-reklam-veteninfo
image-fb_img_1692931641271backend

Əmir Teymurun əfsanəvi qılıncı və Atatürk

image-reklam-veteninfo

Böyük sərkərdə Əmir Teymur vəfat edəndən sonra onun gəncliyindən ölüm gününə qədər yanında olan və türk ustalarının məharətlə hazırladığı qılınc yoxa çıxır. Uzun zaman bu qılıncı çox insan axtarır. Lakin qılınc ilk dəfə Nadir Şahın Buxara səfəri zamanı üzə çıxır. 1740- cı ildə Buxara şəhərində böyük izzət və hörmətlə qarşılanan Nadir Şaha Əmir Teymura məxsus zireh və qılınc hədiyyə edilir. Qaynaqların yazdığına görə qılıncı hədiyyə alan zaman Nadir Şah ” Türkün Böyük sərkərdəsinin qılıncı Türk dünyasına xidmət edəcək” deyib. Sonra bu qılınc Şahın ölümündən sonra Səfəvilərin Ərdəbildə olan gizli xəzinəsində saxlanılır. Ruslar bu qılıncı əldə etmək üçün uzun axtarışlar edirlər. Onlara məlum olur ki, bu qılınc “Sər-Aslanı” kimi Şahdan titul alan İrəvan xanı Həsən Xan Qacardadır. Bunun üçün İrəvan şəhəri işğal ediləndə ən birinci qılınc axtarılır. Lakin İrəvanın sonucu xanı onun oxşarını yaradır və ruslar onu orjinal bilib aparırlar. Qılıncın əsli isə yenidən Buxaraya göndərilir. Burada Əmir Teymurun məqbərəsini mühafizə edən ağsaqqallar onu gizlədirlər. Bu qılınc bir də ortaya Türkiyənin dünyanın böyük dövlətlərinə qarşı apardığı İstiqlaliyyət savaşında çıxır. Atatürkə türk dünyasının hər yerindən yardımlar edilirdi. Baxmayaraq ki, özləri Rusiya, Britaniya və Almaniya nəzarəti altlarında idilər. Buxarada toplanan və Əmir Temyurun məzarının qoruyucuları olan ağsaqqallar Atatürkə yardım etmək üçün əhalini səfərbər edirlər və onlar bir neçə kilo qızıl, Əmir Teymura məxsus Qurani Kərim və bu qılıncı ona hədiyyə göndərirlər. Fotoda Atatürk və İsmət Paşadır. Atatürkün belində isə böyük Əmir Teymurun qılıncı .

Zaur Aliyev, dosent




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki