Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özeli məhkəməyə verib.
Vətəninfo.az xəbər verir ki, Prezidentin vəkili Hüseyn Aydının sözlərinə görə, iddiada xunta ilə müqayisə və təhqirlərə görə 500 min lirə (təxminən 13 min 100 dollar) məbləğində mənəvi təzminat tələbi var.
“CHP sədri Özgür Özəl tərəfindən fövqəladə qurultayda prezidentimizə qarşı səsləndirdiyi əsassız ittihamlar, onu “xunta üzvü” adlandırması və sair səbəbilə 500 min türk lirəsi mənəvi ziyanın ödənilməsi üçün Ankara birinci instansiya mülki məhkəməsində iddia qaldırılıb”, – deyə H.Aydın yazıb.
Vəkil onu da qeyd edib ki, prezidentin təhqir olunması ilə bağlı iddia cinayət işinin başlanması üçün Ankara Baş Prokurorluğuna göndərilib.
Aprelin 6-da Ankarada CHP-nin növbədənkənar qurultayı keçirilib və Özəl yenidən partiya başqanı seçilib. Siyasətçi çıxışı zamanı Ərdoğanı və hökumətini “darbecilər”lə müqayisə edərək onları “ölkəni zəbt etmiş xunta” adlandırıb. Özelin bu sözləri hökumət üzvlərinin kəskin tənqidinə səbəb olub.Publika.az