image-1backend

Ermənilər AZTV-yə niyə baxırlar? – Erməni politoloq səbəbini açıqladı

image-reklam_sirab_01

“Bütün Ermənistan Azərbaycan Televiziyasını izləyir.”-  bu fikirləri erməni politoloq Arqişti Kiviryan bildirib.

Erməni politoloq Arqişti Kiviryan iddia edir ki, artıq ermənilər Azərbaycanın dövlət televiziyasının bütün xəbərlər proqramını acgözlüklə izləyir. Politoloq bunun səbəbini belə izah edib:”Erməni cəmiyyəti indi bütün xəbərləri, nə baş verəcəyini analiz etmək üçün Azərbaycan Televiziyasını izləyir. Erməni cəmiyyəti anlayır ki, erməni mediasının yaydığı xəbərlər yalanla doludur. Biz Xankəndini, ümümilikdə Qarabağı itirməmişdən öncə analiz etməli idik. Amma biz erməni mediasını izləyərək eyforiyaya qapılmışdıq. İndi Azərbaycan Televiziyası tezliklə Qərbi Azərbaycana gələcəklərini deyirlər. Bunu bazar günü “Həftə” proqramında açıq bəyan edirdilər. Deməli onlar bura da gələcəklər. Dərin problem ondan ibarətdir ki, bizim cəmiyyət hadisələrə real yanaşa bilmir. Bir sözlə gözləyirik. Çünki artıq hadisələr bizim istəyimizlə baş vermir” …

P.S. Tezliklə bütün Qərbi Azərbaycanlılar öz doğma yurd- yuvalarına qayıdacaq. Bu qaçılmazdır. Ermənilər istəsə də, istəməsə də Azərbaycan öz haqq işində sona qədər mübarizə aparacaq və Qərbi Azərbaycan torpaqlarına dönəcək.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki