“Yolunu azaraq Ermənistan sərhədlərini keçən azərbaycanlı əsgərlərə qarşı törədilən hərəkətlər və verilən işgəncələr barbarlıqdır. Bu beynəlxalq, humanitar və əsir və girov götürülmüş şəxslərlə bağlı qəbul edilmiş konvensiyaya qarşı ziddir”. Bu sözləri Vətəninfo.az-a açıqlamasında politoloq Arzuman Muradlı deyib.
Politoloqun sözlərinə görə, silahsız hərbiçilərin işğəncələrə məruz qalması ermənilərin nə qədər barbar bir xalq olduğunu bir daha sübut edir.
“Ermənistanda ümumi ictimai rəy faşizm əsasında formalaşıb. Üstəlik də törədilən hərəkətlərin sosial şəbəkələrdə, internet resurslarında yayılması və törətdikləri bu cinayətdən ermənilərin çəkinməməsi bir daha beynəlxalq ictimaiyyətin, müvafiq qurum və təşkilatların qınağından çəkinməmələri ilə əlaqədardır. Çünki ikili standartlar siyasətdə olduğu kimi hüquqda da, vətəndaşların, girov və əsirlərin hüquqlarının qorunmasında da çox təəssüf ki, Avropa İnstitutları tərəfindən tətbiq edilməkdədir. Ona görə də bu heç şübhəsiz ki, ilk növbədə beynəlxalq qurumlar, müvafiq təşkilar və insan haqları təşkilatları tərəfindən qınanılmalıdır. Bu hərəkətləri Ermənistandan olan hüquq müdafiəçiləri, ziyalılar, vətəndaş cəmiyyətindən heç birinin qınamaması onu göstərir ki, doğurdan da bu cəmiyyət faşizm əsasında formalaşıb və Azərbaycan xalqına qarşı etnik nifrətə köklənib.Biz əminik ki, Azərbaycan əsgərlərinin vətənimizə qayıtması üçün hər cür fəaliyyət həyata keçiriləcək”. -deyə Arzuman Muradlı bildirib.