image-1677060887_arzuman-teze-1-2backend

“Ermənilər bütün dünyanı aldadır” – Arzuman Muradlı

image-reklam_sirab_01

“Azərbaycan bayrağını İrəvanda beynəlxalq bir yarışda , Ermənistan dövlət rəhbərliyinin, hökumət təmsilçilərinin iştirak etdiyi bir tədbirdə yandırılması ermənilərin hansı xislətə sahib olmasının göstəricisidir”.

Bunu Vətəninfo.az-a açıqlamasında politoloq Arzuman Muradlı deyib.

Politoloq bildirib ki, bu ermənilərin  apardıqları faşism siyasətinin təzahürüdür :

“Nikol Paşinyan hər çıxışında sülh haqqında danışır. Ancaq görünən odur ki, erməni xalqı sülhə, birəyaşayışa hazır deyil. Ermənilər özlərinin mənasız millətçilik, faşizm ənələrindən əl çəkmir. Onlar öz açıqlamaları ilə beynəlxalq ictimaiyyəti də aldadırlar. Dünyanı inandırmağa çalışırlar ki, hətta, artıq birgəyaşayışa hazırdılar. Düşünürdük ki, nəinki Xankəndi və ətrafda, bütövlükdə regionda ermənilərlə birgəyaşayış alınacaq və bu yolla kommunikasiyaların açılması mümkün olacaqdır. Ancaq İrəvanda ermənilər bir daha sübut etdilər ki, buna hazır deyillər. Azərbaycan bayrağı heç bir qüvvənin əliylə yerə salına bilməz. Onun simvolları ucadır, müqəddəsdir. Millətimizin, dövlətimizin, şəhidlərimizin libasıdır, pasportudur”. -deyə Arzuman Muradlı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki